Bernardo Silva ilə 5 klub maraqlanır

"Mançester Siti"nin kapitanı Bernardo Silva komandasını dəyişə bilər.

Sportline.az "Sky Calcio Club"a istinadən xəbər verir ki, "Yuventus", "Benfika", "Qalatasaray", "Barselona" və "Milan" 31 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır.

Bernardo Silva bu mövsüm bütün turnirlər daxil olmaqla meydana çıxdığı 29 oyunda 1 qol, 3 məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, Portuqaliya millisinin üzvünün dəyəri "Transfermarkt" portalına görə, 27 milyon avrodur.