Bernardo Silva İtaliya nəhəngindən təklif alıb

"Mançester Siti"nin portuqaliyalı yarımmüdafiəçisi Bernardo Silva gələn ilin yayında azad agent kimi "Yuventus"a keçə bilər.

Sportline.az "Tutto sport"a istinadən xəbər verir ki, Turin klubu oyunçunun meneceri ilə danışıqlara başlayıb.

31 yaşlı oyunçunun hazır ki dəyəri "Transfermarkt" portalına görə, 38 milyon avrodur.

Qeyd edək ki, B.Silva "Mançester Siti"yə 2017-ci ilin iyul ayında "Monako"dan 50 milyon avro qarşılığında transfer olunmuşdu.