Bernardo Silva "Mançester Siti"ni tərk edir
Bernardo Silva mövsümün sonunda "Mançester Siti"dən ayrılacaq.
Sportline.az xəbər verir ki, Premyer Liqa təmsilçisi portuqaliyalı futbolçu ilə yeni müqavilə imzalamaq niyyətində deyil. Bu barədə “AS” nəşri məlumat yayıb.
Hücumameyilli yarımmüdafiəçi gələn ilin iyununda azad agent statusu ilə komandadan gedəcək. 31 yaşlı oyunçu ilə "Yuventus" və "Benfika" maraqlanır.
Qeyd edək ki, Bernardo Silva 2017-ci ilin yayında "Monako"dan "Mançester Siti"yə transfer olunub. Portuqaliya millisinin üzvü cari mövsümdə “şəhərlilər”in heyətində 6 rəsmi oyuna çıxaraq 1 qol və 1 assistlə yadda qalıb.