Bertuççidən xəbər var
“Neftçi”nin sabiq futbolçusu Bruno Bertucci karyerasını Yunanıstanda davam etdirəcək. SportLine.az xəbər verir ki, italyan əsilli brazilyalı müdafiəçi “Veriya” klubu ilə bir illik müqavilə imzalayıb. Xatırladaq ki, 26 yaşlı futbolçu 2012-2015-ci illərdə “Neftçi”də çıxış edib. Onun son klubu isə, Braziliya C Seriyasında mübarizə aparan "Portuqeza" olub.