“Beşiktaş” – “Atletik Bilbao”: Heyətlərdəki son durum
"Beşiktaş" klubu bu gün UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.
Sportline.az xəbər verir ki, İstanbul nəhəngi öz meydanında “Atletik Bilbao” ilə qarşılaşacaq.
“Beşiktaş”da əsas itki Qabriel Paulistanın adı ilə bağlıdır.
“Atletik”də isə Sanset komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, “Beşiktaş” – “Atletik Bilbao” oyunu bu gün saat 19:30-da başlanacaq.
Oyunu avstriyalı hakim Julian Veynberger idarə edəcək.