"Beşiktaş" Avstriya klubu üzərində böyük hesablı qələbə qazandı

Yeni mövsümün hazırlıqlarını Avstriyada davam etdirən "Beşiktaş" növbəti yoldaşlıq oyununu keçirib.

Sportline.az xəbər verir ki, Van Bronkhorstun rəhbərlik etdiyi kollektiv Avstriya təmsilçisi "Qrazer"lə qarşılaşıb.

Görüş "ağ-qaralar"ın 5-1 hesablı qələbəsi ilə nəticələnib. Oyunda qolların müəllifləri  Mustafa Hekimoğlu (2), Raşitsa (2), Rafa Silva olub.

Bu "Beşiktaş"ın mövsüm oncəsi son yoldaşlıq oyunu idi.

Qeyd edək ki, "Beşiktaş" avqustun 3-də Türkiyə Super Kuboku çərçivəsində "Qalatasaray"la qarşılaşacaq. Matç İstanbulda keçiriləcək.