"Beşiktaş" azarkeşlərindən daha bir nümunəvi addım
"Beşiktaş"azarkeşlərinin yaratdığı "Təbəssüm yarat" kampaniyası yenidən gördüyü işlərlə gündəmə gəlib.
Sportline.az xəbər verir ki, xeyriyyə komandası bu dəfə "1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi" günü münasibətilə Qubanın İspik kəndinə yollanıb.
Yardımsevərlərin dəstəyilə 100-ə yaxın uşağa hədiyyə verilib.


