"Beşiktaş" azarkeşlərinə səfər qadağası qoyuldu

"Beşiktaş" azarkeşləri Avroliqanın Liqa mərhələsinin 3-cü turunda komandalarını dəstəkləyə bilməyəcəklər.

Sportline.az xəbər verir ki, UEFA "Lion"la səfər matçında "Qara qartal"ın fanatlarını bu hüquqdan məhrum edib.

Bu haqda "RMS Sport"da məlumat yayılıb.

Qərara əsasən, "Beşiktaş" tərəfdarlarının Lion şəhərinin hava limanı, qatar stansiyaları, mərkəzi və stadionu ətrafına girişinə qadağa qoyulub.

Səbəb isə, UEFA Avropa Liqasının 2016-2017-ci il mövsümündə "Lion" - "Beşiktaş" matçından əvvəl yaşanan hadisələrdir. 

Həmin gün yaşananlara görə, qarşılaşma 45 dəqiqə sonra başlamışdı. 

Qeyd edək ki, "Lion" - "Beşiktaş" matçı oktyabrın 24-də keçiriləcək.