"Beşiktaş" "Barselona"nın futbolçusunu istəyir

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen qarşıdakı qış transfer pəncərəsində əsas mövzulardan birinə çevrilə bilər.

Sportline.az insayder Ekrem Konurun məlumatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Beşiktaş” 33 yaşlı qolkiperə konkret maraq göstərir.

Türkiyə klubu Ter Ştegeni qapıda təcili güclənmə üçün uyğun variant kimi görür və “Barselona”ya rəsmi icarə təklifi göndərib.

Ter Ştegen İspaniya La Liqasında qalmağa üstünlük verir və daha az nüfuzlu çempionata keçməyə meylli deyil.