“Beşiktaş” “Başakşəhər”dən üstün oldu

Türkiyə Süper Liqasında 5-ci turun oyunları davam edir.

Sportline.az xəbər verir ki, "Beşiktaş" "Tüpraş" stadionunda "Başakşəhər"lə qarşılaşıb.

Görüş meydan sahiblərinin qələbəsi ilə nəticələnib.

"Beşiktaş" 2-1 "Başakşəhər"

Qollar: Eldor Şohmurodov, 71, El Bilal Ture, 74, Cengiz Ünder, 90+1

Qeyd edək ki, "Beşiktaş" 6 xalla 9-cu, "Başakşəhər" 2 xalla 14-cü pillədə yer alır.