"Beşiktaş" "Çelsi"nin futbolçusunu istəyir
Ötən mövsümü "Arsenal"da icarə əsasında keçirən ingiltərəli futbolçu Rahim Sterlinq karyerasını "Beşiktaş"da davam etdirə bilər.
Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, İstanbul klubu oyunçunun meneceri ilə əlaqə saxlayıb.
"Çelsi"nin rəhbərliyi futbolçusu üçün 20 milyon avro tələb edir.
Qeyd edək ki, R.Sterlinqlə "Fulhem" və "Vest Hem Yunayted"də yaxından maraqlanır.