"Beşiktaş" çempionluğu rəsmiləşdirdi

Türkiyə Super Liqasında 2015/2016 mövsümünün qalibi rəsmən müəyyənləşib. SportLine.az xəbər verir ki, doğma meydanda "Osmanlıspor"u məğlub edən "Beşiktaş" 14-cü dəfə Türkiyə çempionu adına yiyələnib.

"Qara qartal"ın ən yaxın izləyicisi "Fənərbaxça" da günü qələbə ilə bitirsə də, bu, təsəllidən başqa bir işə yaramayıb.

Qeyd edək ki, Super Liqada mövsümün sonuna bir tur qalır.

15 may 2016
Super Liqa, 33-cü tur


"Beşiktaş" - "Osmanlıspor" - 3:1
QOLLAR:
Marselo, 21; 24; Mario Qomez, 48 - Vebo, 74

"Fənərbaxça" - "Gənclərbirliyi" - 2:1
QOLLAR: 
Robin van Persi, 38 (1:0), Sərdar Güller, 61 (1:1), Robin van Persi, 75 (2:1)