"Beşiktaş" fanatları Əmrə Bəlözoğluna təzyiq göstəriblər

Türkiyə Super Liqasının 29-cu turunun 3-1 hesabı ilə bitən "Başakşəhər"  - "Beşiktaş" matçında qalmaqal olmasa da oyundan sonra xoşagəlməz anlar qeydə alınıb. Sportline.az Fanatikə istinadən xəbər verir ki, oyundan sonra qələbə sevincini meydanda paylaşan "Başakşəhər" futbolçularından Əmrə Bəlözoğlunun bir ehtiyatsız hərəkəti "Beşiktaş" fanatlarını hiddətləndirib. Qonaq komandanın azarkeşlərinin toplaşdığı tribunanın önündəki boş qapıya top göndərən Əmrə nalayiq ifadələrə "qonaq edilib".