"Beşiktaş" "Fatih Karagümrük"ün oyunçusunu transfer edir

Yeni mövsümün hazırlıqlarını davam etdirən "Beşiktaş" heyətini hücumçu ilə gücləndirmək istəyir.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, İstanbul klubu Can Keleşi heyətinə qatmaq niyyətindədir.

22 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanacağı gözlənilir.

Ötən mövsüm "Fatih Karagümrük" forması ilə 35 oyuna çıxan Can bu görüşlərdə 5 qol və 4 asistlə yadda qalıb.

Qeyd edək ki, Can Keleş daha əvvəl  "Avstriya Vyana"da çıxış edib.