"Beşiktaş" "Fənərbağça"nın daha bir futbolçusunu istəyir

"Beşiktaş" "Fənərbağça"nın daha bir futbolçusunu heyətə qatmaq niyyətindədir.

Sportline.az xəbər verir ki, "qara qartallar" Oğuz Aydının xidmətində maraqlıdırlar.

"Fotomaç"ın yaydığı xəbərə görə, baş məşqçi Sergen Yalçın onu komandasında görmək istəyir.

Mənbə artıq klublar arasında bununla bağlı danışığın aparıldığını bildirir. 

Qeyd edək ki, 24 yaşlı vinger 2024-cü ildən "Fənərbağça"nın formasını geyinir.

O, "sarı-lacivərt"lilərin heyətində meydana çıxdığı 28 oyunda 7 qolun müəllifi olub.