"Beşiktaş" "Lester Siti"nin futbolçusunu heyətinə qatıb

"Beşiktaş" "Lester Siti"nin futbolçusu Vilfred Endidini heyətinə qatıb.

Sportline.az xəbər verir ki, İstanbul klubu bu keçid üçün qarşı tərəfə 9.5 milyon avro ödəyəcək.

Bu haqda insayder Yağız Sabuncuoğlu öz "X" hesabında paylaşım edib.

Qeyd edək ki, Endidi yeni klubu ilə 3 illik müqavilə imzalayacaq.