"Beşiktaş" mübarizəni dayandırdı, "Fənərbaxça" yarımfinalda

Türkiyə Kubokunda 1/4 final mərhələsi yekunlaşıb. SportLine.az xəbər verir ki, son oyun günündə daha iki qarşılaşma keçirilib. 

Çempionatın lideri "Fənərbaxça" kubok yarışında da azarkeşlərini sevindirib. "Sarı bülbüllər" "Amedspor"u üstələyiblər.

"Beşiktaş" isə "Konyaspor"a uduzmaqla mübarizəni dayandırıb.

03 mart 2016
Türkiyə Kuboku, 1/4 final (Cavab oyunları)

"Fənərbaxça" - "Amedspor" - 3:1
Qollar: 
Topuz, 31 (1:0), Fernandao, 40 (2:0), İçer, 77 (2:1), Nani, 88 (3:1)
İlk oyun - 3:3

"Konyaspor" - "Beşiktaş" - 1:0
Qol:
 Meha, 84 (1:0)
İlk oyun - 2:1