"Beşiktaş" portuqaliyalı futbolçunu transfer edib
"Beşiktaş" "Nottingem Forest"in portuqaliyalı futbolçusu Jota Silvanı icarə əsasında heyətinə qatıb.
Sportline.az xəbər verir ki, İstanbul klubu bu keçid üçün qarşı tərəfə 3 milyon avro ödəyəcək.
Bu haqda insayder Fabritsio Romano məlumat yayıb.
Qeyd edək ki, "Beşiktaş" J.Silvanı birdəfəlik transfer etmək istəsə, "Nottingem"ə 17 milyon avro ödəməli olacaq.