"Beşiktaş" "Real Betis"in futbolçusu ilə maraqlanır

Transfer çalışmalarını davam etdirən "Beşiktaş" klubu "Real Betis"də çıxış edən yarımmüdafiəçi Uilyam Karvalyonu gündəminə alıb.

Sportline.az Beinsports.com-a istinadla xəbər verir ki, Türkiyə klubu bu transfer üçün "Real Betis"ə 4 milyon avro təklif edəcək.

Xəbərdə bildirilir ki, İspaniya klubu bu yay mütləq şəkildə portuqaliyalı futbolçu ilə yollarını ayıracaq.

Ötən mövsüm La Liqada 22 oyuna çıxan 32 yaşlı futbolçu bu görüşlərdə 1 qol və 2 asistlə yadda qalıb.

Qeyd edək ki, təcrübəli futbolçu 80 dəfə Portuqaliya milli komandasının formasını geyinib.