"Beşiktaş" türkiyəli futbolçu ilə yollarını ayırıb
"Beşiktaş" sağ cinah müdafiəçisi Onur Bulutla yol ayrılığına gəlib.
Sportline.az Trtspor.com-a istinadla xəbər verir ki, 30 yaşlı futbolçu "Başakşehir"ə transfer olunub.
Onur Bulutun yaxın günlərdə yeni klubu ilə müqavilə imzalayacağı gözlənilir.
Türkiyəli oyunçu "Beşiktaş"da çıxış etdiyi dövr ərzində 50 oyunda 1 qol və 5 asistlə yadda qalıb.
Qeyd edək ki, Bulut 2023-cü ildə "Kayserispor"dan 1 milyon avro qarşılığında transfer edilmişdi.