"Beşiktaş"dan vacib 3 xal

Türkiyə Superliqasında 15-ci turun oyunları davam edir.

Sportline.az xəbər verir ki, "Beşiktaş" doğma meydanda "Sivasspor"a 3:0, "Gənclərbirliyi" "Kayserispor"a 3:2 hesabı ilə qalib gəlib. “Konyaspor” – Rizəspor” görüşündə isə bərabərlik qeydə alınıb - 1:1.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

28 dekabr

“Gənclərbirliyi” – “Kayserispor” – 3:2
Qollar
: Kandeyas, 39, Berat Özdımir, 70, Oğuzhan Çapar, 89 (avtoqol) – Kanqa Aka, 31, Arda Kızıldağ, 55 (avtoqol)

“Konyaspor” – Rizəspor” – 1:1
Qollar:
 Hadziahmetoviç, 7 – Tunay Torun, 65

“Beşiktaş” – “Sivasspor” – 3:0
Qollar
: Güven Yalçın, 18, Larin, 84, Oğuzhan Özyakup, 90+2