"Beşiktaş"ın növbəti qələbəsi
Türkiyə Super Liqasında 7-ci tura yekun vurulub.
Sportline.az xəbər verir ki, son oyun günündə "Kayserispor"un qonağı olan "Beşiktaş" 3:0 hesabı ilə qalib gəlib.
Bununla 16-cı xalını qazanan İstanbul klubu yarış cədvəlinin 3-cü pilləsində qərarlaşıb. "Kayserispor" 3 xalla 17-ci yerdədir.
"Kayserispor" - "Beşiktaş" 0:3
Qollar: Jedson Fernandeş, 56, Ciro İmmobile, 78 (pen), 90+1