“Beşiktaş”ın prezidenti istefa verib

İstanbul nəhəngi “Beşiktaş”ın prezidenti Hasan Arat istefa verdiyini açıqlayıb.

Sportline.az “Haber Kartal”a istinadən xəbər verir ki, Hasan Arat bu vəzifəsindən istefa verərək, yerini Hüseyn Yücelə həvalə edib.

İstefasına əsas səbəb klubun bu mövsüm ki uğursuz çıxışı olub.

Qeyd edək ki, “Beşiktaş” klubu Türkiyə Super Liqasında 21 xalla 6-cı pillədə qərarlaşıb.