"Beşiktaş"ın sabiq oyunçusu karyerasını bitirib

"Beşiktaş"ın və Portuqaliya millisinin sabiq futbolçusu Manuel Fernandes karyerasını bitirdiyini açıqlayıb.

Sportline.az A Bola-ya istinadla xəbər verir ki, yarımmüdafiəçi 38 yaşında futbolla vidalaşıb.

Fernandes açıqlamasında "Mən yaxşıyam. Karyeramı bitirdim. Futbolun içində qalmağa davam edəcəm. Oynadığım klublara və onların azarkeşlərinə təşəkkür edirəm" deyib.

Son olaraq İranın "Sepahan" komandasında çıxış edən Fernandes 2023-cü ildə komandanı tərk edib.

Qeyd edək ki, təcrübəli futbolçu daha əvvəl "Lokomotiv", "Valensiya", "Everton" və "Benfika"da oynayıb.