Beynəlxalq döyüş növündə rəhbərlik vəzifəsi azərbaycanlıya tapşırıldı
Avrasiya Kombat Jui-jitsu Federasiyasına yeni rəhbər təyin olunub. SportLine.az xəbər verir ki, bu posta azərbaycanlı Aqil Acalov prezident seçilib.
Bu münasibətlə keçirilən mətbuat konfransında A.Acalov Azərbaycanı bu idman növündə dünya arenasında tanıtmaq üçün var gücü ilə çalışacağını bildirib. Federasiya rəhbəri bir neçə yeni layihə ilə tez vaxtda böyük uğurlara nail olacaqlarına ümid etdiyini qeyd edib.