Beynəlxalq Velosipedçilər İttifaqının yeni prezidenti seçilib
Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) yeni prezidenti seçilib.
Sportline.az xəbər verir ki, qurumun Norveçin Bergen şəhərində baş tutan Konqresində fransalı David Lappartyen bu posta seçilib. O, 33 səslə qalib olub. 2013-cü ildən ittifaqa rəhbərlik edən britaniyalı Brayan Kuksona isə 8 nəfər səs verib.
D.Lappartyenin 2013-cü ildən Avropa Velosipedçilər İttifaqının (UEC) prezidenti postunu tutur.
Qeyd edək ki, Konqresdə Azərbaycanı Velosiped İdmanı Federasiyasının I vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin (UEC) Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərovla baş katib Fərhad Əliyev təmsil edib. F.Əliyev UEC-in səs hüququna malik 15 səlahiyyətli nümayəndəsindən biri kimi UCİ prezidenti seçkisində iştirak edib.