"Birmingem Siti" heyətini almaniyalı forvardla gücləndirib

"Birmingem Siti" klubu heyətini yeni transferlə gücləndirib.

Sportline.az xəbər verir ki, "Verder Bremen"in almaniyalı futbolçusu Marvin Daks yeni mövsümdən etibarən "Birmingem"in uğurları üçün çalışacaq.

Bu haqda İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Daks ötən mövsüm meydana çıxdığı 36 matçda 9 qol 10 asistlə yadda qalıb.