"Biz məğlubiyyəti sevmirik"

İtaliya A seriyasının 35-ci turunda "Sassuolo"ya 0-1 hesabı ilə məğlub olan "İnter"in baş məşqçisi Simone İnzagi oyunla bağlı düşüncələrini bölüşüb.

Sportline.az xəbər verir ki, təcrübəli mütəxəssis məğlubiyyətlə barışmadıqlarını vurğulayıb.

"Biz uduzmağı sevmirik. Bununla belə "Sassuolo"nun layiqli qələbə çaldığını deyə bilərik. Çempionluğu təmin etməmizə baxmayaraq, bu məğlubiyyətin acısını yaşayacağıq", - deyə İnzagi "Eurosport"a açıqlamasında bildirib.

Xatırladaq ki, "İnter" 33-cü turda "Milan" üzərində qələbə ilə (2-1) çempionluğu rəsmiləşdirmişdi.