"Biz tarix yazmaq aruzusundayıq"
PSJ-nin baş məşqçisi Luis Enrike komandasının məqsədləri barədə fikirlərini bölüşüb.
Sportline.az xəbər verir ki, o bildirib ki, ən yüksək nəticələrə nail olmaq üçün çalışırlar:
“Görüləsi çox işimiz var. Biz yalnız müəyyən bir istiqamətdə deyil, hər sahədə inkişaf etməyə çalışırıq. Oyunçular hər dəfə meydana çıxanda nə etməli olduqlarını yaxşı anlayırlar. Sonda yalnız bir komanda qalib gələcək. Klublararası dünya çempionatında 32 komanda iştirak edəcək... Çempionlar Liqası, Fransa kuboku...
Biz tarix yazmaq arzusundayıq. Bu məqsəd həm komandamıza, həm də azarkeşlərimizə əlavə güc verir. Ümid edirəm ki, bütün turnirlərdə uğur qazanmaq uğrunda mübarizə aparacağıq.”