Kamran penaltini qurtardı, "Boavişta" qalib gəldi

Portuqaliya Premyer Liqasında 7-ci turun görüşləri keçirilir. SportLine.az xəbər verir ki, Azərbaycan millisinin üzvləri Kamran Ağayev və Emin Mahmudovun şərəfini qoruduğu "Boavişta" bu gün "Moreyrense" qarşılaşıb.

K.Ağayev start heyətində meydana daxil olub. E.Mahmudovun adı yenə iştirak ərizəsinə salınmayıb.

Qarşılaşma "Boavişta"nın qələbəsi ilə yekunlaşıb. Kamran 26-cı dəqiqədə penaltini dəf etməklə diqqət mərkəzinə düşüb.

02 oktyabr 2016
Portuqaliya Premyer Liqası, 7-ci tur

"Boavişta" - "Moreyrense" - 2:0
QOLLAR:
Lukas, 30 (1:0); İdris, 83 (2:0)
VURULMAYAN PENALTİ: Roberto, 26 ("Moreyrense")