"Boavişta" uduzdu, Mahmudov kənardan izlədi
Portuqaliya Premyer Liqasında yeni mövsüm start götürüb.
Azərbaycan millisinin üzvü - Emin Mahmudovun şərəfini qoruduğu "Boavişta" “Portimonense” ilə üz-üzə gəlib. SportLine.az xəbər verir ki, qarşılaşma "damalılar"ın məğlubiyyəti ilə yekunlaşıb - 1:2.
E.Mahmudovun adı oyunun iştirak ərizəsinə salınmayıb.