"Bodrumspor" heyətini anqolalı futbolçu ilə gücləndirib

Tarixində ilk dəfə Super Liqada çıxış edəcək "Bodrumspor" komandası transfer çalışmalarını davam etdirik.

Sportline.az xəbər verir ki, Bodrum təmsilçisi 34 yaşlı futbolçu Fredi Riberionu rənglərinə qatıb.

Təcrübəli yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Ötən mövsümü "Eyüpspor"da keçirən Fredi meydana çıxdığı 27 oyunda 2 qol vurub, 8 asist edib.

Qeyd edək ki, anqolalı futbolçu daha əvvəl Super Liqada 3 mövsüm "Antalyaspor"un şərəfini qoruyub.