BOK daha 5 idman növünü Olimpiya proqramına daxil etdi

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 129-cu sessiyasında mühüm qərarlar qəbul olunub. SportLine.az xəbər verir ki, komitə daha beş idman növünün Olimpiya proqramına salınmasını rəsmiləşdirib.

Beləliklə, 2020-ci ildə Tokyoda keçiriləcək Yay Olimpiya Oyunlarında karate, beyzbol/softbol, idman dırmanması, su xizəyi və sörfinq növlərində də idmançılar məharətlərini göstərəcəklər.

Oyunlara əlavə olunan yeni 5 idman növündə 18 kateqoriyada 474 idmançı mübarizə apara biləcək.