"Boka Xuniors" Dibalanı istəyir
"Boka Xuniors" "Roma"nın futbolçusu Paulo Dibalanı heyətinə qatmaq istəyir.
Sportline.az xəbər verir ki, bu haqda "Calciomercato" nəşri məlumat yayıb.
32 yaşlı hücumameyilli yarımmüdafiəçinin transfer qiyməti 10 milyon avrodur.
Qeyd edək ki, Argentina millisinin sabiq üzvünün klubla sözləşməsi gələn ilin yayında başa çatacaq.