"Boka Xuniors" öz oyunçusunu cəzalandırıb
"Boka Xuniors" klubu "River Pleyt"ə məğlub olduqları derbi oyunundan sonra qapıçısı Serxio Romeronu 2 oyunluq cəzalandırıb.
Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, buna səbəb 37 yaşlı qapıçının oyundan sonra əsəblərinə cilovlaya bilməməsi və azarkeşlərlə münaqişəyə daxil olmasıdır.
"Mançester Yunayted"in keçmiş oyunçusu final fitindən sonra onun çıxışından məyus olduqlarını bildirən "Boka" azarkeşlərinin yanından uzaqlaşdırılmalı olub.
Klub həmçinin qeyd edib ki, qapıçı ilə qalmaqalın mərkəzində olan üç azarkeş polis tərəfindən saxlanılıb.