"Bolonya"dan ayrılmaq istəyir

"Bolonya"nın mərkəz müdafiəçisi Con Lusumi klubdan ayrılmaq fikrində qətidir.

Sportline.az xəbər verir ki, kolumbiyalı mərkəz müdafiəçisi klubun təklif etdiyi yeni müqaviləni qəbul etməyib.

Bu haqda insayder Nikolo Şıkira məlumat yayıb.

Qeyd edək ki, C.Lusuminin dəyəri "Transfermarkt" portalına görə, 25 milyon avrodur.