Bonuççi "Yuventus"u məhkəməyə verir
Leonardo Bonuççi sabiq klubu "Yuventus"u məhkəməyə verməyə hazırlaşır.
Sportline.az xəbər verir ki, bu haqda məşhur jurnalist Fabrisio Romano tvitterdə məlumat paylaşıb.
36 yaşlı futbolçu klubun ona heç bir izahat vermədən uzaqlaşdırmasından narazıdır.
Bonuççinin fikrində turnililər bununla onun idmançı imicinə zərər vurublar.
İddiası qəbul olunsa, Bonuççi əldə olunan kompensasiyanı xeyriyyə tədbirlərinə xərcləyəcəyini bildirib.