"Bormunt"da ayrılıq
"Bormunt" ispaniyalı futbolçusu Deyan Höyseni mövsümün sonunda satmaq qərarına gəlib.
Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, İngiltərə klubu D.Höysen üçün qarşı tərəfdən 30 milyon avro tələb edir.
"Real Madrid", "Liverpul", "Çelsi" və "Arsenal" 19 yaşlı futbolçu ilə yaxından maraqlanır.
Qeyd edək ki, Deyan Höysenin "Bormunt"la müqaviləsi 2030-cu ilin iyun ayına qədərdir.
O cari mövsüm çıxış etdiyi 18 matçda 2 qolla yadda qalıb.