"Bornmut" bu futbolçuya görə 50 milyon avro tələb edir
"Bornmut"un futbolçusu Aleks Skott yayda satılacaq.
Sportline.az xəbər verir ki, rəhbərlik sözügedən oyunçu üçün 50 milyon avro tələb edir.
"Caught Offside" nəşrinin yaydığı məlumata görə, "Çelsi" və "Mançester Yunayted" 22 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir.
Qeyd edək ki, A.Skott cari mövsüm meydana çıxdığı 36 matçda 4 qol, 1 asistlə yadda qalıb.