"Bornmut" "Latsio" klubuna 18 milyon avro ödəyəcək
"Bornmut" "Latsio"nun qapıçısı Kristos Mandası heyətinə qatmağa yaxındır.
Sportline.az xəbər verir ki, İngiltərə klubu bu keçid üçün qarşı tərəfə 18 milyon avro ödəyəcək.
Bu haqda insayder Fabrizio Romano məlumat yayıb.
Qeyd edək ki, K.Mandas bu mövsüm cəmi 1 oyunda meydanda olub.