"Midyulann"dan "Liverpul"a
"Midyulann"ın futbolçusu Usman Diao mövsümün sonunda komandasını tərk edəcək.
Sportline.az xəbər verir ki, "Liverpul" 21 yaşlı oyunçu ilə ciddi şəkildə maraqlanır.
Bu haqda jurnalist Ekrem Konur məlumat yayıb.
Qeyd edək ki, U.Diaonun dəyəri 8 milyon avrodur.