"Borussiya" almaniyalı futbolçu ilə anlaşdı
"Borussiya Dortmund" yanvar ayı üçün ilk transferini reallaşdırıb.
Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, "Brentford"un almaniyalı futbolçusu Kevin Skheyd karyerasını "Borussiya Dortmund"da davam etdirəcək.
K.Skheyd bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 24 matçda 6 qol və 3 asistlə yadda qalıb.
Qeyd edək ki, 23 yaşlı futbolçu üçün "Borussiya" qarşı tərəfə 25 milyon avro ödəyəcək.