"Borussiya Dortmund" portuqaliyalı futbolçu ilə anlaşıb

Ötən mövsümü "Las Palmas"da icarə əsasında keçirən portuqaliyalı futbolçu Fabio Silva karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, "Borussiya Dortmund" F.Silvanı transfer etməyə yaxındır.

23 yaşlı futbolçu müqavilə əsasında İngiltərənin "Vulverhempton" klubuna məxsusdur.

Qeyd edək ki, "canavarlar" futbolçusu üçün 20 milyon avro tələb edir.