“Borussiya Dortmund”da ciddi itki
"Borussiya Dortmund"un hücumçusu Serhou Girassi çiynindən zədələndi.
Sportline.az xəbər verir ki, "Borussiya Dortmund"un "Haydenhaym" üzərində 2:0 hesablı qələbəsində Serhou Girassi 33-cü dəqiqədə hesabı açaraq komandasını önə keçirdi.
Qvineyalı hücumçu mövsümün əvvəlindən bəri Dortmund klubunun keçirdiyi bütün rəsmi oyunlarda qol vurmağı bacarıb.