"Borussiya Dortmund"dan yeni transfer həmləsi
"Borussiya Dortmund"un yeni transfer hədəfi bəlli olub.
Sportline.az xəbər verir ki, "Vulverhempton"un portuqaliyalı futbolçusu Fabio Silva "Dormunt"un maraq dairəsindədir.
Bu keçid üçün Almaniya klubu qarşı tərəfə 20 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, sözü gedən futbolçunun "Vulverhempton"la sözləşməsi 2026-cı ilin iyun ayına qədərdir.