"Borussiya Dortmund"un yeni hədəfi

"Arsenal"ın ukraynalı futbolçusu Oleksander Zinçenko karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

Sportline.az "TeleFootball"a istinadən xəbər verir ki, "Borussiya Dortmund" Zinçenko üçün "Arsenal"a rəsmi təklif göndərməyə hazırlaşır.

28 yaşlı müdafiəçinin hazır ki dəyəri "Transfermarkt" portalına görə 30 milyon avrodur.

Qeyd edək ki, Zinçenko cari mövsüm 13 rəsmi matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.