"Borussiya" gənc ulduzun transferini rəsmiləşdirdi
Dortmund "Borussiya"sı növbəti mövsüm üçün heyətini gücləndirməyə başlayıb. SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Bundesliqa" təmsilçisi "Renn"in gənc ulduzu Osmane Dembelenin keçidini rəsmiləşdirib. Futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Müqavilənin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, 18 yaşlı hücumçu ilə "Barselona" və "Lester" də yaxından maraqlanırdı.