"Borussiya" portuqaliyalı futbolçu ilə maraqlanır

"Borussiya Dortmund"un yeni transfer hədəfi bəlli olub.

Sportline.az "Mais Futebol"a istinadən xəbər verir ki, Almaniya klubu "Sportinq"in portuqaliyalı futbolçusu Qonçalo İnasionu icarə əsasında heyətinə qatmağı planlaşdırır.

Q.İnasio "Borussiya"da çıxış etməyə müsbət yanaşır.

Qeyd edək ki, 23 yaşlı müdafiəçi cari mövsüm çıxış etdiyi 20 matçda 3 qol və 3 asistlə yadda qalıb.