"Borussiya"da ciddi itki

Dortmund “Borussiya”sı ciddi itkiylə üzləşib.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Marsel Şmeltser dizindən əməliyyat olunub. 32 yaşlı müdafiəçi bir neçə ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, 2008-ci ildən “Borussiya”da çıxış edən almaniyalı futbolçu bu mövsüm 8 oyuna çıxıb və 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.