"Borussiya"dan Reşford həmləsi

"Mançester Yunayted"in ingiltərəli futbolçusu Markus Reşford karyerasını Almaniya Bundesliqasında davam etdirəcək.

Sportline.az "Sky Sport"a istinadən xəbər verir ki, "Borussiya Dortmund" M.Reşfordun xidmətində maraqlıdır.

Almaniya klubu Malenin yerini Reşfordla doldurmaq istəyir.

Qeyd edək ki, "Mançester Yunayted" Reşford üçün 60 milyon avro tələb edir.

27 yaşlı futbolçu cari mövsüm çıxış etdiyi 24 matçda 7 qol və 3 asistlə yadda qalıb.